Bu gün Bakıda və Abşeron yarımadasında qar yağacağı gözlənilir

Bu gün Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Yerveinsan.az-a verilən məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-4° şaxta, gündüz 0°-yə yaxın olacaq. Atmosfer təzyiqi normadan yüksək - 780 millimetr civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək. Yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir qar yağacağı, duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 17-22°, gündüz 7-12° şaxta olacağı ehtimal edilir. Yollar buz bağlayacaq.