Qarşısına mal-qara çıxdığı üçün sürücü avtomobili dayandırdı və...

Bakı-Quba yolunun Siyəzən rayonu ərazisində keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Qubadan Bakı istiqamətində hərəkətdə olan "Hyundai" markalı 50-EA-628 dövlət nömrə nişanlı sərnişin daşıyan avtobus yolun buz bağlaması səbəbindən aşıb. Belə ki, qarşısına mal-qara çıxdığı üçün sürücü avtomobili dayandırıb. Avtomobil dayanandan sonra sürüşməyə başlayıb və aşıb.

Hadisə zamanı sürücü və sərnişinlər arasında xəsarət alan olmayıb.

Hazırda faktla bağlı araşdırma aparılır.