Media Reyestrində qeydiyyatdan keçənlərin sayı açıqlanıb

İndiyə qədər Media Reyestrində qeydiyyatdan keçmək üçün 200-dən artıq media subyekti müraciət edib.

Bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu gün Agentliyin 2022-ci ilin yekunlarına dair hesabat konfransında deyib.

O qeyd edib ki, müraciət edənlərdən 160-a yaxın media subyektinə müsbət cavab verilib, digrlərinin müraciətləri baxılmaqdadır.

Ə.İsmayılov bildirib ki, həmçinin 180-ə qədər jurnalistin müraciəti təsdiq edilib.//Trend