“Azəriqaz”-ın rəhbərliyi Şabran və Xaçmaz sakinləri ilə görüşəcək
“Azəriqaz” İstehsalat Birliyinin (İB) rəhbərliyi Şabran rayonunda vətəndaş qəbulu keçirəcək.
İB-dən bildirilib ki, yanvarın 16-sı saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Şabran və Xaçmaz sakinlərinin müraciətləri dinləniləcək.
Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Xaçmaz Regional Qaz İstismarı İdarəsinə (tel: 050 845 73 10; 023 35 3 29 41) müraciət edə bilərlər.

