Elşad Hacıyevin rütbəsi artırıldı
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyevin rütbəsi artırılıb.
Yerveinsan.az-ın məlumatına görə, mayor rütbəsini daşıyan Elşad Hacıyevə polkovnik-leytenant rütbəsi verilib.
"Fəaliyyətimi polis polkovnik-leytenantı rütbəsində davam etdirəcəyəm. Göstərilən etimada görə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazova minnətdarlığımı bildirirəm. Bu etimadı doğrultmağa çalışacağam", - deyə E.Hacıyev sosial şəbəkə hesabında etdiyi paylaşımda qeyd edib.

