Bakıda avtomobil qarət edilib 

Bakıda avtomobildən pul oğurlanıb.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, hadisə paytaxtın Səbail rayonunda qeyd alınıb.

Səbail rayonu ərazisində “Gac” markalı avtomobildən içərisində 900 manat olan çantanın oğurlanması barədə polisə məlumat daxil olub. 

Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Kamran Kərimov müəyyən olunaraq saxlanılıb. 

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.