Azad edilmiş ərazilərdə beş geoloji layihə həyata keçiriləcək

Azad edilmiş ərazilərdə bu il 5 geoloji layihənin həyata keçirilməsi nəzərdə tutulub.

Bunu Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev yanvarın 17-də keçirilən mətbuat konfransında deyib.