Bakıda oğurluq edib qaçan əcnəbi hava limanında tutulub

Bakıda xarici ölkə vətəndaşı oğurluq edib Azərbaycandan qaçarkən hava limanında yaxalanıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yanvarın 17-də Səbail rayonu ərazisində əcnəbi vətəndaşın bank hesabından 846.000 rupinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən həmyerlisi V.Bahagat müəyyən olunaraq Beynəlxalq Hava Limanı ərazisində saxlanılıb.

Araşdırma aparılır.