Din xadimləri 20 Yanvar şəhidlərini yad ediblər
Bu gün 20 Yanvar faciəsinin 33-cü ildönümüdür.
Qafqaz Müsəlmanları İdarəsindən bildiriblər ki, yanvarın 20-də Qafqaz Müsəlmanları İdarəsini sədri şeyxülislam Allahşükür Paşazadə, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri və din xadimləri Şəhidlər Xiyabanına gedərək 20 Yanvar faciəsinin qurbanlarını yad ediblər.
Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda canından keçən şəhidlərin məzarları ziyarət olunub, ruhları yad edilib, müxtəlif dinlərə uyğun dualar oxunub.

