Elm və Təhsil Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Yanvarın 20-də Elm və Təhsil Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib.
Nazirlikdən bildirilib ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə qərənfillər düzülüb.

