Gömrük Komitəsi sədrinin birinci müavini Goranboyda vətəndaşlarla görüşəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov yanvarın 26-da saat 11:00-da Goranboy şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Goranboy şəhəri, Dədə Qorqud küçəsi, 27) Goranboy, Xocalı rayonlarından və Naftalan şəhərindən olan vətəndaşları qəbul edəcək.

DGK-nın mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən bildirilib ki, qəbul zamanı Goranboy, Xocalı rayonları və Naftalan şəhər sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.