Şəkidə 10 gün əvvəl itkin düşmüş yeniyetmə tapılıb
Şəkidə 10 gün əvvəl evdən çıxaraq geri qayıtmayan 17 yaşlı oğlan tapılıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, yanvarın 14-də itkin düşən Şəki şəhər sakini, 2006-cı il təvəllüdlü Ramazan Hacıyev Bakı şəhərində aşkarlanıb.
O, ailəsinə təhvil verilib.

