Energetika nazirinin vətəndaşlarla görüşü təxirə salınıb

Energetika naziri Pərviz Şahbazovun yanvarın 27-də Şamaxı şəhərində keçiriləcək vətəndaş qəbulu təxirə salınıb.

Nazirlikdən  bildirilib ki, qəbulun vaxtı barədə əlavə məlumat veriləcək.