Marketdə nöqsanlar aşkar olunub

Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən  verilən məlumata görə, İsmayıllı rayonunda N.Nərimanov küçəsi, 45 ünvanında fiziki şəxs Kərimov İlqar Məzlum oğluna məxsus “Bolluq Story” marketdə yoxlama aparılıb.

Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, məhsulların yerləşdiyi rəflərin və soyuducuların təmizliyinə nəzarət olunmadığı, mal qonşuluğu prinsipinin pozulduğu, həmçinin yararlılıq müddəti bitmiş məhsulların satışının həyata keçirildiyi aşkarlanıb.

Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, yararlılıq müddəti bitmiş məhsullar satışdan çıxarılıb və müəssisənin rəhbəri inzibati məsuliyyətə cəlb olunub.