DİN: Həftəsonu ölkə ərazisində qeydə alınan 97 cinayətin üstü açılıb
Fevralın 4-də və 5-də ölkə ərazisində qeydə alınan 97, əvvəlki dövrlərdən bağlı qalan 23 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 56, o cümlədən borclu şəxs qismində axtarılan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən beş yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, iki nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 52, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 86 nəfər saxlanılıb.

