Vətəndaşlardan qanunsuz saxladıqları 10 ov tüfəngi götürülüb

Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 4-də və 5-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 10 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb.

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.