Həbsxanadan çıxan keçmiş məhkum yenidən cinayət törədib

Bakıda həbsxanadan çıxan keçmiş məhkum yenidən cinayət törədib.

Daxili İşlər nazirliyindən verilən məlumata görə, Yasamal rayonunda avtobusda bir qadının çantasından 570 manat, sənəd və bank kartı olan cüzdanı oğurlanıb.

 Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1972-ci il təvəllüdlü əvvəllər dəfələrlə məhkum olunmuş Məhəmməd Əliyev saxlanılıb. Araşdırma aparılır.