AMEA-nın magistraturalarına sənəd qəbulu başa çatıb
Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına sənəd qəbulu başa çatıb.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılıb. İmtahanda iştirak etmək üçün 18722 bakalavr (Azərbaycan bölməsi - 17188; rus bölməsi - 1534) ərizəsini təsdiq edib.
İmtahan fevralın 19-da keçiriləcək.

