Dövlət Sərhəd Xidmətinin hərbçisi vəfat edib
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu vəfat edib.
yerveinsan.az xəbər verir ki, bu barədə DSX məlumat yayıb.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Hüseynli Vüsal Vüqar oğlu xəstəlikdən dünyasını dəyişib.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.

