Ötən gün 21 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb
Polis əməkdaşlarının fevralın 17-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 21,4 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3,7 kiloqrama yaxın heroin, 13,5 kiloqramdan artıq marixuana, 3,1 kiloqrama yaxın tiryək, həmçinin 1 kiloqram 42 qramdan çox metamfetamin və 100 ədəd metadon həbləri olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

