AMEA-nın yardımı davam edir


Azərbaycan Milli Elmlər Akademiyası Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərər çəkmiş şəxslərə köməklik məqsədilə fevralın 6-dan yardıma başlayıb.

Yerveinsan.az AMEA-nın rəsmi saytına istinadən xəbər verir ki, fevralın 20-dək AMEA-nın kollektivi tərəfindən Türkiyənin AFAD qurumuna 90 571 manat ianə edilib.

Maliyyə yardımı davam edir.