DİN: 19,8 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb
Polis əməkdaşlarının fevralın 20-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 19,8 kiloqrama yaxın olan yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 12,7 kiloqrama yaxın heroin, 6,1 kiloqramdan çox marixuana, 1 kiloqramdan çox metamfetamin, həmçinin 41 ədəd yüksək təsiredici xassəyə malik həblər olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

