Vətəndaşlardan qanunsuz saxladıqları ov tüfəngləri götürülüb
Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 20-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 4 ədəd ov tüfəngi götürülüb.
Aparılan profilaktik tədbirlər nəticəsində 2 silah könüllü olaraq polisə təhvil verilib.
Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

