“Azəriqaz”ın rəhbərliyi canlı yayımda vətəndaşların suallarını cavablandıracaq

Fevralın 22-də saat 15:00-da feysbuk və instaqram sosial şəbəkələri üzərindən “Azəriqaz” İstehsalat Birliyinin (İB) rəhbərliyinin növbəti canlı yayımı keçiriləcək.

İB-dən verilən məlumata görə, vətəndaşlar canlı yayımda qaz təsərrüfatına dair istənilən sualla müraciət edə bilərlər.