Xaçmazda əməliyyat
Xaçmazda keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Xəyal Əliməmmədov saxlanılıb. Həmin şəxsdən heroin aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı Xaçmaz rayon sakinləri A.Teyyubov, M.Teyibov, A.Bayramov və Quba rayon sakinləri X.Gülbalayev, C.Abdullayev, M.Hüseynov saxlanılıblar. Həmin şəxslərdən heroin və marixuana götürülüb.
Faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Xəyal Əliməmmədovun barəsində həbs qətimkan tədbiri, digər şəxslərin barələrində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

