Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində bir nəfər minaya düşüb
Martın 9-da Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində 1989-cu il təvəllüdlü Yaquar Hadiyevin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluqdan daxil olmuş sorğuya cavab olaraq bildirilib ki, prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib, digər zəruri istintaq hərəkətləri aparıblar.
Hazırda qeyd edilən faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma davam etdirilir.

