Binəqədidə açıq ərazidəki yanğın söndürülüb
Binəqədidə açıq ərazidə baş verən yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində qeydə alınıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri əraziyə cəlb edilib. Yanğının qarşısı alınıb.

