Ağstafada 13 yaşlı yeniyetməni qətlə yetirən şəxs saxlanılıb

Ağstafa Rayon Polis Şöbəsinin və Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2009-cu il təvəllüdlü Ağstafa rayon sakini Cavanşir Bədirovu öldürməkdə şübhəli bilinən rayon sakini, 2006-cı il təvəllüdlü Y. Əhmədov saxlanılaraq istintaqa təhvil verilib.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov  bildirib ki, faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.