Ötən sutka 12,8 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb

Polis əməkdaşlarının aprelin 4-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 12,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3 kiloqramdan artıq heroin, 9,3 kiloqrama yaxın marixuana, 400 qram həşiş və 63 qram tiryək olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.