Bakıda yanğın baş verib, ölənlər var

Bakının Suraxanı rayonu ərazisində fəaliyyət göstərən sexdə yanğın baş verib.

Yerveinsan.az-ın məlumatına görə, hadisə Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən masa və oturacaqların hazırlanması sexində baş verib.

Hadisə nəticəsində 2 nəfər sexin içərisində yanaraq ölüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən yanğın söndürülüb.

Hazırda ölənlərin kimliyi müəyyənləşdirilir və araşdırma aparılır.