ANAMA: Ötən həftə 622 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan bildiriblər ki, aprelin 3-dən 8-dək Tərtər, Ağdam, Xocavənd, Laçın, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 24 mina, tank əleyhinə 74 mina və 298 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həftə ərzində 622 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.