Bakıda evdən 32 min manatlıq oğurluq olub

Bakıda evdən 32 min manatlıq oğurluq olub.

Bu barədə  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, aprelin 7-də Binə qəsəbəsindəki evlərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb və evin həyətindəki saxlanc yerindən dəyəri 32 min manatdan çox olan məişət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması məlum olub.

Oğurluq əməlində şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Elmin Məmmədov keçirilən əməliyyat tədbirləri ilə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.