Zabux kəndi ərazisində “Shacman” markalı yük avtomobili aşıb

Laçın rayonunun Zabux kəndi ərazisində “Shacman” markalı yük avtomobili aşıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yerveinsan.az-a bildirilib ki, qəza nəticəsində avtomobilin sürücüsü, 1987-cil il təvəllüdlü Samir Zülfüqarov hadisə yerində ölüb.

Araşdırma aparılır.