Gömrükdə külli miqdarda qızıl-zinət əşyaları aşkarlanıb

Gömrükdə külli miqdarda qızıl-zinət əşyaları aşkar edilib

Dövlət Gömrük Komitəsindən Yerveinsan.az-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları daxil olan əməliyyat məlumatı əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının əl yüklərinə baxış keçirib. Baxış zamanı əl yüklərindən 6 qutuda qablaşdırılmış, ümumilikdə təqribi çəkisi 17 kq təşkil edən qızıl-zinət əşyaları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.