3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib
Bu gün IX siniflərin buraxılış imtahanında 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.
Yerveinsan.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, 1 nəzarətçi köçürməyə şərait yaratdığı üçün imtahandan kənarlaşdırılıb.
İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.

