Ümumi çəkisi 4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının aprelin 18-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə Yerveinsan.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,4 kiloqramdan artıq heroin, 2,5 kiloqramdan çox marixuana, 114 qram tiryək, 28 ədəd çətənə kolu olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

