Bayram günlərində milli parklarda gözlənilən hava şəraiti

Bayram və istirahət günlərində (aprelin 21, 22, 23, 24-də) milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Yerveinsan.az-a verilən məlumata görə, Samur-Yalama Milli Parkında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin aprelin 21-i gündüzdən 22-si səhərədək arabir yağıntılı olacağı gözlənilir. Aprelin 22-si gündüz yağıntıda yaranan qısa fasilədən sonra aprelin 23-də gündüz yenidən yağıntılı olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 5-10°, gündüz 15-18° isti olacaq.

Altıağac Milli Parkında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin aprelin 21-i gündüzdən 22-si səhərədək arabir yağıntılı olacağı gözlənilir. Aprelin 22-si gündüz yağıntıda yaranan qısa fasilədən sonra aprelin 23-də gündüz havanın yenidən yağıntılı olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 8-11°, gündüz 15-17° isti olacağı proqnozlaşdırılır.

Ağgöl Milli Parkında hava şəraitinin mülayim, əsasan yağmursuz keçəcəyi, lakin aprelin 21-də gündüz yağış yağacağı gözlənilir. Səhər duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 10-13°, gündüz 16-21° isti olacağı bildirilir.

Qızılağac Milli Parkında havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin aprelin 21-də axşam arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-11°, gündüz 19-21° isti olacağı ehtimal edilir.

Göygöl Milli Parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin aprelin 21-i gündüzdən aprelin 22-si gündüzədək arabir yağıntılı olacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 4-6°, gündüz 11-14° isti olacağı ehtimalı var.

Şirvan Milli Parkında hava şəraitinin mülayim, sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin aprelin 21-i axşamdan 22-si gündüzədək arabir şimşək çaxacağı, yağış yağacağı proqnozlaşdırılır. Gecə və səhər duman olacaq. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 9-11°, gündüz 21-24° isti olacaq.

Hirkan Milli Parkında havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin aprelin 21-də axşam arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-11°, gündüz 19-21° isti olacağı ehtimal edilir.