Qubada və Lənkəranda ağır yol qəzaları baş verib

Qubada ölümlə nəticələnən yol nəqliyyat hadisəsi olub.

Yerveinsan.az-ın məlumatına görə, rayonun Pirvahid kəndi ərazisində kənd sakini idarə etdiyi avtomobilini yolun kənarında saxlanılan başqa bir avtomobilə vurub. Hadisə nəticəsində xəsarət alan sürücü Xəyal Allahverdiyev xəstəxanaya yerləşdirilsə də orada ölüb.

Lənkəranda isə minik avtomobili bacı və qardaşı vurub. Hadisə günorta saatlarında rayonun Sütəmurdov kəndi ərazisində baş verib.

Lənkəran şəhər sakini Kamran Nurullayevin idarə etdiyi  minik avtomobili səki ilə gedən 18 yaşlı  Xədicə Kərimova və qardaşı 17 yaşlı Həsən Kərimovu vurub. Sonra avtomobil yol kənarındakı telefon dirəyinə çırpılıb. 

Ağır xəsarət alan bacı və qardaş Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hər iki faktla bağlı araşdırma aparılır.