Ucarda ağır yol qəzası olub

Ucarda ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var.

Yerveinsan.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı minik maşınının sürücü Ucar istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq bir neçə dəfə aşıb. Hadisə zamanı avtomobildə olan bir nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.