Bakıda 41 yaşlı kişi evində qətlə yetirildi

Bakıda 41 yaşlı kişi evində qətlə yetirilib.

Nərimanov rayon prokurorluğundan Yerveinsan.az-a verilən məlumata görə, aprelin 23-ü saat 20 radələrində paytaxtın Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsində yerləşən mənzillərdən birində 1982-ci il təvəllüdlü Namik İsrafilovun üzərində xəsarət izləri olan meyiti aşkar edilib.

İlkin araşdırma zamanı zərərçəkmişin qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.