Əməliyyat tədbirləri nəticəsində 5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının aprelin 24-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə Yerveinsan.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əməliyyat tədbirləri nəticəsində 198 ədəd çətənə kolu da aşkar olunub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

