Kür çayında suyun səviyyəsi artıb

Kür çayında suyun səviyyəsi artıb.

Yerveinsan.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Kür-Qıraqkəsəmən müşahidə məntəqəsinin məlumatına görə, hazırda Kür çayında suyun səviyyəsi 373 sm-dir. Qeyd olunub ki, dünənki müşahidə ilə müqayisədə Kür suyunun səviyyəsində 36 sm artım müşahidə olunur.