Göyçayda yol qəzasında piyada ölüb

Göyçayda ölümlə nəticələnən yol qəzası baş verib

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan yerveinsan.az-a verilən məlumata görə, dünən saat 22 radələrində Göyçay şəhəri ərazisində sürücü Elvin Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyada, 1959-cu il təvəllüdlü Rövşən Musayevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.


Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.