Əməliyyat tədbirləri nəticəsində 280 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb

Polis əməkdaşlarının aprelin 28-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 280 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yerveinsan.az-a bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 163,4 kiloqramdan çox marixuana, 59,1 kiloqramdan çox tiryək, 31,7 kiloqramdan çox heroin, 25,8 kiloqramdan çox metamfetamin və 135 ədəd güclü təsiredici xassəyə malik həb olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.