Gəncədə çuxurda kişi meyiti tapılıb

Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisində çirkab sularının yığışdığı çuxurda naməlum kişi meyiti olması ilə bağlı məlumat daxil olub.

Dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

Bu barədə Yerveinsan.az-a DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Məlumata görə, meyit çuxurdan çıxarılaraq müvafiq ekspertiza göndərilib. İlkin araşdırmalar zamanı onun, şəhər sakini, 1940-cı il təvəllüdlü İsa Hümbətov olması və tapıldığı ərazisinin yaxınlığında yaşaması məlum olub/