Qanunsuz kömür istehsal edilən quyular aşkarlanıb

Ölkə ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Daşkəsən rayonu ərazisində vətəndaşların həyətyanı sahələrində ağac kömürü istehsal edilən üç kömür quyusu aşkarlanıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Yerveinsan.az-a bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Daşkəsən rayonunun Astaf kənd sakinləri Samir Həsənov, İlyas Abdullayev və Sevda Orucova olduğu müəyyən edilib.

Qeyd edək ki, qanunsuz kömür istehsal edən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb, kömür quyuları isə ləğv olunub.