Ümid qəsəbəsi ərazisində 4 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlanıb

Qaradağ Rayon Polis İdarəsinin 38-ci polis bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda Ümid qəsəbəsi ərazisində 4 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yerveinsan.az-a bildiriblər ki, oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Ramal İbrahimov və İlkin Cəbiyev müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.