4 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Polis əməkdaşlarının mayın 6-da və 7-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 460 qram kokain, 415 qram tiryək, 3,2 kiloqrama yaxın marixuana, 3284 ədəd güclü təsiredici xassəyə malik həb və 19 ədəd çətənə kolu olub.

Bu barədə Yerveinsan.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.