ABŞ mediasında Bakıdakı yəhudi icmasının Azərbaycanın müdafiəsi naminə səfərbər olmasından bəhs edilib

ABŞ-ın https://newsblaze.com xəbər saytında Azərbaycan Respublikası Araz çayının üzərində – hər iki sahildə?” sərlövhəli məqalə yerləşdirilib.

ABŞ-Azərbaycan Mədəniyyət Fondunun rəhbəri, jurnalist Nurit Qringerin qələmə aldığı məqalədə bildirilib ki, bu ilin aprel ayında ölkəmiz barədə yazmaq istəyən bir qrup jurnalist Azərbaycana səfər edib. Müəllif qeyd edib ki, müşayiət etdiyi xarici jurnalistlərin Azərbaycana gəlişi İsrailin xarici işlər naziri Eli Koenin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya birgünlük səfəri ilə eyni vaxta təsadüf edib. “İranın Azərbaycan Respublikası ilə münasibətlərdə gərginlik yaratdığı bir zamanda Azərbaycanın yəhudi icması İsrailin xarici işlər naziri Eli Kohenə məktub ünvanlayaraq, İsrail dövlətindən kömək istəyib. Onlar bildiriblər ki, İsrailin dünya gücləri qarşısında malik olduğu beynəlxalq imkanlarına ehtiyacları var və Knessetin onlarla  üzvü bu ricaya qoşulub”, - deyə müəllif vurğulayıb.

Məqalədə Bakıdakı yəhudi icmasının Azərbaycanın müdafiəsi naminə səfərbər olduğuna, Azərbaycan və İsrailin, demək olar ki, eyni dərəcədə İran tərəfindən təhdid edildiyinə, İranın şimal hissəsində yəhudiləri hər zaman dəstəkləyən milyonlarla azərbaycanlının yaşadığına diqqət cəlb olunub: “Knessetin onlarla üzvü bu tələbi dəstəkləyib və İsrailin Xarici İşlər Nazirliyinin hərəkətə keçməsi çağırışı ilə nazirə müraciət edib”.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://newsblaze.com/world/eurasia/azerbaijan-on-aras-river-banks_190867/?fbclid=IwAR3BikIOO5nFh1wCaQ23t_F6Khf6g2-t3r68naWAcbigsODVSNahY4Ynn-E