DİN: Ötən gün 8 kiloqramdan çox narkotik vasitə aşkarlanıb
Polis əməkdaşlarının mayın 10-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 8,1 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yerveinsan.az-a bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,8 kiloqramdan artıq heroin, 6,2 kiloqramdan çox marixuana və 31 ədəd çətənə kolu olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

